Yuxarı

Abşeron sakini evinin qarşısında güllələndi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda silahlı insident olub.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən APA-ya verilən birgə məlumatda qeyd olunur ki, fevralın 2-də saat 12:50 radələrində Abşeron rayon Polis Şöbəsindən rayon prokurorluğuna rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlunun Saray qəsəbəsində yerləşən evinin qarşısında naməlum şəxs tərəfindən "Makarov" markalı odlu silahdan açılan atəş nəticəsində "boynun və döş qəfəsinin odlu silah yaralanması" xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına daxil olması barədə məlumat daxil olub.

Faktla bağlı həmin tarixdə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Kamran Babayev aldığı xəsarətlərdən Sumqayıt fevralın 6-da şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2016.02.07 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla