Yuxarı

Öldürülən 4 rus generalın Türkiyə planı üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Türkiyə sərhədində yerləşən Suriyanın Türkməndağı bölgəsində yüksək rütbəli hərbçilərin keçirdiyi toplantıya edilən basqının bəzi təfərrüatları məlum olub.

ANS-in məlumatına görə, 4 rus generalının iştirak etdiyi toplantıda, əsasən, Türkiyənin islam coğrafiyasından qoparılması üçün atılacaq addımlar müzakirə edilib. Türkiyə mətbuatının yazdığına görə, ələ keçirilən xəritə ilə Rusiyanın Suriyadakı planları deşifrə olunub.

Xəritəni dəyərləndirən kəşfiyyat səlahiyyətliləri bildirir ki, Rusiya Suriyanın qərbindəki Afrin bölgəsindən Hələbin şərqinə qədər olan məsafəni Əsəd qüvvələri üçün dəhliz yaratmağa çalışır.

Bunun nəticəsində isə Əsəd qüvvələri Türkiyə sərhədinin böyük hissəsinə nəzarət edəcək.

Fevralın 3-də Rus və Suriya generallarının iştirakı ilə Türkməndağı bölgəsində toplantı keçirilərkən müxalif qüvvələr basqın edib. Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.

Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.

Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.

Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur.

Tarix
2016.02.07 / 20:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla