Səmimi olaq: Ukraynaya vəd ediləni vermədik
01:48
Ana səhifə Planet |
İran Prezidenti Həsən Ruhani qadınları siyasətdə aktiv iştirak etməyə çağırıb.
Axar.az xəbər verir ki, paytaxt Tehranda keçirilən qadın konfransına qatılan prezident cinsi bərabərliyin vacib olduğunu deyib.
"Uşaq yetişdirmək qadınlarla bərabər həm də kişilərin vəzifəsidir. Bir ölkə əhalinin 50%-ni təşkil edən qadınlara şərait yaratmadan necə inkişaf edə bilər? İranda feminist fikirləri təmsil edə bilmərik. Ancaq İran daş dövründə ilişib qalmayıb. Qadınlar siyasətdə aktiv iştirak etməlidir. Ölkədə qadınlar hələ də lazımi statusa sahib ola bilməyib. Bu sahədə çalışmalıyıq", - Ruhani qeyd edib.
Tarix
2016.02.07 / 21:31
|
Müəllif
Şəmsəddin Ənsar
|