Yuxarı

Azərişıq: “Bəzi abonentlərdə problem yaranıb”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsən güclü küləyə baxmayaraq hazırda Bakıda və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi ilə bağlı ciddi problem yoxdur. Özünə ev inşa edib, fərdi qaydada elektrik xətti çəkən abonentlərimizdə problem yaranmışdı. Onlar da 199 saylı "qaynar xətt"ə zəng vuraraq məlumat veriblər.

Bunu APA-ya açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, daxil olan zənglərə operativ reaksiya verilib: "Bizim hər yerdə növbətçi texniki işçilərimiz var. Bu bizə imkan verir ki, nəinki Bakıda hətta rayonlarda yaranan problemlərə anında və çevik müdaxilə edək".

T. Mustafayev abonentlərdən xahiş edib ki, elektrik enerjisinin verilişi ilə bağlı yaranan bütün problemlərə görə, 199 saylı "qaynar xətt"ə zəng vuraraq məlumat versinlər.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın müxtəlif rayon və qəsəbələrində işıq verilişində məhdudiyyət yaranması barədə məlumatlar yayılıb.

Tarix
2016.02.08 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla