Yuxarı

Öldürülən generalın qızı axır ki, danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rail Rzayevin qətlinin əsas səbəbi prezidentimizə, xalqımıza, vətənimizə sadiq olması idi. O vaxt türklər Azərbaycana gələndə elə bilirdilər ki, hər şeyi buradakı mütəxəssislərdən yaxşı bilirlər. Amma Rail Rzayevin işlərini görəndə ağızları açıq qalmışdı.

Axar.az xəbər verir ki, bu sözləri müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qızı Rahilə Rzayeva deyib.

Atasının qətlə yetirilməsinin 7-ci ildönümü ərəfəsində Musavat.com-a geniş müsahibə verən R.Rzayeva bildirib ki, sovet dövründə onu mərkəzi komitəyə çağırıb nüvə başlıqlı raketlərin olduğu xüsusi hərbi hissəyə komandir təyin etmək istəyirdilər:

"Çünki o, müsabiqədən keçən yeganə hərbçi olmuşdu. Sovetlər birliyi dağıldı, bu təyinat baş tutmadı. O qədər namizədin arasından azərbaycanlını sırf bilik və bacarığına görə seçmişdilər.

O, Rusiyadan 3 il əvvəl Hərbi Hava Qüvvələri ilə Hərbi Hava Donanmasını birləşdirib bir struktur etmişdi. Rail Rzayev Hərbi Hava Qüvvələrini və Hərbi Hava Donanmasını sıfırdan quran şəxs idi. Bu gün evimizdə sakit yatdığımıza görə mərhum prezidentimiz Heydər Əliyevə borcluyuq, ikincisi də Rail Rzayevə".

R.Rzayevanın sözlərinə görə, mərhum general səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi üçün dəfələrlə raportla müraciət etmişdi: "Amma Heydər Əliyev onu buraxmırdı. Canı xəstə idi. Hamı səhər 7-də rahat maşınlarda işə gedəndə mənim atam səhər 4-də qalxırdı. Kürdəmirdəki təlim mərkəzini yaratmaq üçün gün ərzində neçə dəfə rayona gedib qayıdırdı.

Yüksək şəkəri vardı, ürəyində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılmışdı, ayaqlarında ağrıları vardı. Bununla belə, o özünün xəstəliklərini büruzə verməyi xoşlamırdı. Ön cəbhəyə də gedirdi. Oradakı hərbi hissələri şəxsən yoxlayırdı".

O, atasının qətlinin üstünün açılacağına ümidlidir: "Əmin məqam gələndə qətlin üstü açılacaq. Prezidentimizə inanıram. Gözləyirəm ki, zamanı, vaxtı gələndə o, qətlin sifarişçisini layiqli cəzasına çatdıracaq. Bir də ki, Allaha inanıram. Ən böyük hakim Allahdır".

Mərhumun övladı bildirib ki, Rusiya ilə Türkiyə münasibətləri gərginləşəndə mətbuatda bir yazı dərc olunmuşdu: "Ki, vaxtilə İran tərəfi Azərbaycan sərhədini pozanda Türkiyə tərəfi təyyarələri qaldırıb qüvvə nümayiş etdirdi və təyyarələr hava məkanımızdan çıxdı. Əslində, belə deyildi. Bütün bunlar gözümüzün qabağında olmuşdu. İran təyyarələri sərhədimizi pozanda onlar türk təyyarələrindən qorxmamışdılar.

Onları Rail Rzayev lazımi səviyyədə yerlərində oturtdu, hədlərini bildirdi. Eyni zamanda, ermənilər də Rail Rzayevdən qorxurdu. Fikir verirsinizsə, Rail Rzayevi aradan götürdülər və ermənilər Xankəndində aerodrom tikdilər. Çünki Rail Rzayev mövqeyini açıq deyirdi. Bildirirdi ki, hava məkanını pozan istənilən təyyarə dərhal vurulacaq. Ona görə də mal-mülk söhbəti, daxili düşmənlər versiyası gülüncdür".

Xatırladaq ki, R.Rzayev 2009-cu il, fevralın 11-də yaşadığı evin qarşısında öldürülüb.

Tarix
2016.02.08 / 10:34
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla