Ana səhifə Planet |
Rusiya Dövlət Duması 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsi barədə müraciət hazırlayıb.
Publika.az xəbər verir ki, bu təkliflə Rusiya Kommunist Partiyasından olan deputatlar Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrova müraciət ediblər.
Müraciətin müəllifləri Valeri Raşkin və Sergey Obuxovdur. Deputatların fikrincə, Moskva müqaviləsi Rusiyanın maraqlarına zidd imzalanıb.
Qeyd edək ki, Moskva müqaviləsi16 maddə və 3 əlavədən ibarətdir. RSFSR tərəfdən müqaviləni Xarici İşlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər üzrə vəkili Yusuf Kamal bəy, türk nümayəndə heyətinin üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad Paşa imzalayıblar.
Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında) imzalanıb.
Tarix
2016.02.08 / 12:02
|
Müəllif
Axar.az
|