Yuxarı

Əsəd ordusu Türkiyə sərhədinə çatır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hökumət qüvvələri Türkiyə sərhədindən 20 kilometr məsafədə yerləşən Tel Rıfat qəsəbəsinə doğru irəliləyir.

Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları təşkilatı məlumat yayıb.

Xəbərə görə, Rusiya döyüş təyyarələrinin hava dəstəyi nəticəsində hökumət qüvvələri qəsəbənin 7 kilometrliyinə çatıb.

Hərbi ekspertlər Tel Rıfat qəsəbəsinin olduqca mühüm starteji məntəqə olduğunu bildirir. Çünki Suriyada fəaliyyət gösətərən silahlı qruplaşmalar, xüsusi ilə İŞİD bu qəsəbə vasitəsi ilə silah-sursat və döyüşçü toplayır.

Tel Rıfat Suriya ordusu tərəfindən tutularsa, Hələbin şimalı tamamilə Əsəd qüvvələrinin nəzarətinə keçəcək.

Xatırladaq ki, hərbi əməliyyatların intensivləşməsi nəticəsində ölkənin şimalında təxminən 80 min suriyalı Hələb bölgəsindən Türkiyə sərhədlərinə axın edib.

Tarix
2016.02.08 / 13:39
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla