Yuxarı

Yerə təhlükəli asteroid yaxınlaşır - AMEA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013 TX68 asteroidinin fırlanma müddəti 2 ildən bir az artıqdır. Buna görə də tez-tez Yer kürəsinin həndəvərində olacaq. 2013 TX68 asteroidi Çelyabinsk asteroidinə bənzəyir. Çelyabinsk asteroidinin diametri təxminən 19 metr idi. Bu isə ondan təxminən iki dəfə böyükdür. Lakin asteroidin Yerlə toqquşma ehtimalı böyük deyil.

Bunu APA-ya açıqlamasında AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əyyub Quliyev deyib.

O qeyd edib ki, 2013-cü il TX 68 asteroidi 2013-cü ildə Katalina rəsədxanasında kəşf olunub: "Asteroid balacadır, diametri təxminən 30-40 metr arasındadır. Özəlliyi ondan ibarətdir ki, Yerin orbitini kəsib keçir. Asteroid bir növ Yer üçün təhlükə yarada bilən kateqoriyaya aiddir. Hesablamalar göstərir ki, asteroidin Yerə ən çox yaxın olma vaxtı bu il mart ayının 5-dən 8-ə kimi olacaq. Asteroid Yer kürəsinə ən çox 19 min 500 km məsafəyədək yaxınlaşa biləcək. Bu çox kritik məsafə olsa da, o qədər də böyük təhlükə kəsb eləmir. Təxminən 17-18-ci ulduz ölçüsüdür. Asteroidin növbəti dəfə Yerə yaxınlaşması 2017-ci ildə gözlənilir".

Qeyd edək ki, NASA-dan bildirilib ki, yerə doğru hərəkət edən 2013 TX68 asteroid bu il martın 5-də yerə ən yaxın məsafədə olacaq. Bu məsafənin 17, yaxud 14 milyon kilometr təşkil edə biləcəyi deyilir. Asteroidin dəqiq hansı uzaqlıqdan keçəcəyini müəyyən etmək mümkün olmasa da, Yer kürəsi ilə toqquşması da istisna edilmir.

Tarix
2016.02.08 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla