Yuxarı

“Unicapital İnvestisiya” ilkə imza atdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Unicapital İnvestisiya Şirkəti" Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının satışı üzrə anderrayteri olub.

Bankdan Axar.az-a verilən xəbərə görə, Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. ABŞ dolları və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərraclarını keçirəcək.

Bütün bu hərraclarda anderrayter qismində "Unicapital İnvestisiya Şirkəti" iştirak edəcək. Artıq dövlət istiqrazlarının bu emissiya üzrə ilk hərracı keçirilib. 5 fevral tarixində Maliyyə Nazirliyinin "Bakı Fond Birjası" QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazları "Unicapital İnvestisiya Şirkəti" tərəfindən yerləşdirilib.

"Unicapital İnvestisiya Şirkəti" qiymətli kağızlar bazarında dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə eyni vaxtda 4 istiqamətdə xidmət göstərib. Bu xidmət müxtəlif ödəmə müddətinə malik həm manat, həm də dollarda olan dövlət istiqrazlarının yerləşdirilməsini nəzərdə tutur. Ümumi həcmi 12 mln. ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə "Unicapital İnvestisiya şirkəti" tərəfindən yerləşdirilib. Eyni zamanda ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə "Unicapital İnvestisiya şirkəti" tərəfindən yerləşdirilib.

"Unicapital İnvestisiya Şirkəti" dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə, eləcə də qeyri-rezidentlərə geniş xidmət təklif edir.

Nizamnamə kapitalı 100%-lik "Unibank"a məxsus olan "Unicapital İnvestisiya Şirkəti", qiymətli kağızlar bazarında lider mövqeyini daha da artıracaq. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan "Unicapital İnvestisiya Şirkəti", hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində "Unicapital İnvestisiya Şirkəti" istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır. İnvestisiya Şirkəti şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

Hazırda "Unicapital İnvestisiya Şirkəti"nin nizamnamə kapitalı 300 min manat təşkil edir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) əldə etmək olar.

Tarix
2016.02.08 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla