Yuxarı

Evə oğlan gətirən rəfiqəsini öldürdü - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda rəfiqəsini öldürən qız hökmdən apelyasiya şikayəti verib.

Axar.az xəbər verir ki, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən 1998-ci il təvəllüdlü Aydan Xalitova cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. APA-nın xəbərinə görə, A.Xalitovanın kassasiya şikayətinə Ali Məhkəmədə fevralın 10-da baxılacaq.

Hadisə 2014-cü il, noyabrın 27-də Buzovna qəsəbəsində baş verib. Aydan Xalitova tanışı Şəms Abdullayevaya bıçaqla xəsarət yetirərək, onu ağır yaralayıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Şəms dünyasını dəyişib.

İstintaqla müəyyən edilib ki, yetkinlik yaşına çatmayan A.Xalitova anasının himayəsində olarkən yüngül həyat tərzi keçirdiyi üçün anası ondan imtina edib.

O, Buzovnada rəfiqəsi Şəmslə kirayədə qalıb, birlikdə kafedə ofisiant işləyiblər. Sonra tez-tez mübahisələr yaranıb, Aydan rəfiqəsinə xəbərdarlıq edib ki, tanış olduğu insanları evə gətirməsin.

Noyabrın 27-də Aydan Şəmsin Musa Sultanov adlı tanışının VAZ markalı maşınına mindiyini görüb. Ona yaxınlaşaraq kirayədə qaldıqları mənzilin açarını istəyib.

Şəms açarı verməkdən imtina edib və mübahisə düşüb. Bu zaman Aydan üzərində olan açılıb-qatlanan bıçaqla sinəsinə zərbə endirməklə onu qətlə yetirib.

Tarix
2016.02.08 / 18:49
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla