Yuxarı

“Azersell”dən “SITE Scientific Seminars”a dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin lider mobil operatoru "Azersell" Telekomun hər zaman ölkədə təhsilin inkişafına dəstək olan müxtəlif layihələr həyata keçirməsilə yanaşı, şirkətin yetişdirdiyi istedadlı mütəxəssislər də bu sahədə öz geniş töhfəsini verməkdə davam edir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, "Azersell"in müxtəlif şöbələrində çalışan peşəkarlar respublikada fəaliyyət göstərən müxtəlif təhsil ocaqlarında tələbələr üçün seminarlarda iştirak edərək nəzəri bilgiləri və zəngin iş təcrübəsi ilə bölüşürlər. Bu dəfə "Azersell"in əməkdaşı İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbinin həyata keçirdiyi "SITE Scientific Seminars" proqramına dəstək olub. Proqram çərçivəsində keçirilən görüşlərdən biri də fevralın 5-də də Azərbaycan Diplomatiya Akademiyasında (ADA) baş tutub. Bu dəfə mühazirəçi qismində "Azersell"in məhsul və xidmətlərin test olunması bölümünün rəhbəri Cavid Kərimov çıxış edib. Cavid Kərimov Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri,daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Universitetində MBA proqramı üzrə Kompüter İnformasiya Sistemləri ixtisasına yiyələnib. "Azersell" öz məhsullarıniı necə test edir" adlanan seminarda Cavid Kərimov "Proqram təminatının test edilməsi" nədir və nə üçün lazımdır, Proqram təminatının yoxlanılması haqqında ilkin anlayışlar, Proqram təminatının test edilməsi prinsipləri haqqında öz bilgilərini tələbələrlə bölüşüb. Mühazirəçi, eyni zamanda "Azersell" şirkəti öz məhsullarını hansı şəkildə test edir, müştəriləri keyfiyyətli məhsul ilə təmin etmək üçün hansı və neçə mərhələli test üsullarından istifadə etməsi haqqında məlumatları da seminar iştirakçılarına çatdırıb. Daha sonra isə bu bilgilərin daha yaxşı mənimsənməsi üçün qrup məşğələləri keçirilib.

Məlumat üçün bildirək ki,İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbi ölkənin inkişaf prioritetlərinə uyğun olaraq ,müasir tələblərə cavab verən yüksək ixtisaslı İT mütəxəssisləri və mühəndislər potensialının yaradılması məqsədilə 2012-ci ildə təsis olunub.

"Azersell"in yüksək ixtisaslı mütəxəssisləri bundan sonra da öz bilik və bacarıqlarını tələbə və gənclərlə müxtəlif seminar, mühazirə və məşğələlər vasitəsilə bölüşməyə davam edəcəklər.

Tarix
2016.02.08 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla