Yuxarı

Dünyanın 9 il sonrakı heyrətamiz taleyi açıqlandı - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı iş adamı, kosmik turizmlə bağlı ilk şirkət olan "Speys Ədvənçiris"in yaradıcısı Piter Diamandis 2025-ci illə bağlı öz proqnozlarını verib.

Axar.az xəbər verir ki, Diamandisin öz proqnozlarında dünyada texnologiyanın necə inkişaf edəcəyini açıqladığı bildirilir.

Həmin proqnozları təqdim edirik:

1. 1000 dollara insan beyni

2025-ci ildə 10000 trilyonluq əməliyyatları bir saniyə içərisində həll edə bilən kompüterlər meydana gələcək. Bu insan beynində informasiyanın emal edilməsi sürətinin ekvivalentidir. Həmin kompüterin dəyəri 1000 dollar olacaq.

2. Hər yerdə internet

"Hər yerdə internet" qlobal iqtisadiyyatı yeni səviyyəyə gətirəcək. Coğrafi sərhədlər ləğv ediləcək və Yerin müxtəlif hissələrindən olanlar bir proyektin üzərində reallıqda olduğu kimi onlayn formada da səmərəli şəkildə çalışacaqlar. 2025-ci ildə "Hər yerdə internet" öz tərkibində 100 milyard məlumat toplama sensorlu qurğunu birləşdirəcək.

3. İdeal bilik

Trilyonlarla məlumat toplanma sensorlarının köməyi ilə bütün dünyada (peyk sistemləri, pilotsuz təyyarələr və sairə) lazım olan hər şeyi, istənilən vaxt, istənilən yerdə öyrənə biləcəksiniz. Biz mükəmməl biliyin olduğu dünyaya gedirik.

4. Sıx əlaqəli olan 8 milyard insan

Feysbuk, SpeysX, Quql (Lun layihəsi), Quvalkom və Vircin Yerdəki hər bir insanın saniyədə 1 meqabitdən yuxarı internetə qoşulmasını planlaşdırır. 8 milyard insan yeni kommunikasiya vasitələri ilə əlaqələndiriləcəklər.

5. Səhiyyədə dönüş nöqtəsi

Mövcud olan səhiyyə müəssisələri yox olmağa yaxınlaşacaq və yeni effektiv formalar yaranacaq. Minlərlə startap layihə gəlirli səhiyyə sahəsinə yeni biznes modellərlə girəcəklər. Bu, bürokratlaşmış klinika və xəstəxanaları məhv edəcək. Biometrik zondlama bizim hər birimizi öz səhiyyəmizin sahibi edəcək. Gen mühəndisliyinin inkişafı və yeni aparatlar sayəsində biz xərçəng, ürək xəstəliklərinin səbəblərini bilib, onları müalicə edə biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə əməliyyatı həyata keçirəcək və bu, daha effektiv, eləcə də ucuz olacaq.

6. Artırılmış və virtual reallıq

Feysbuk (Okulus layihəsi), Quql, Maykrosoft (Halolens), Soni Quvalkom, HTC və digərlərinə qoyulan milyardlarla dollar pul hədər yerə xərclənməyəcək. İnterfeys və displeylərdən istifadə edən yeni nəsil peyda olacaq. Smartfonlar, kompüterlər və televizorların ənənəvi ekranı itəcək, onları eynəklər əvəz edəcək. Bu da bir sıra sahələrin kütləvi məhvinə səbəb olacaq.

7. Uşaqlıq

İnsanlıq süni intellektin inkişafını davam etdirəcək. "İBM Vatson", "DipMaynd" və "Vikarius" insan üçün kamil köməkçilər hazırlayırlar. Onlar sizin biometrik məlumatlarınızı skan edəcək, elektron poçtunuzu oxuyacaq, danışıqlarınızı dinləyəcəklər.

Tarix
2016.02.08 / 22:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla