Yuxarı

“Qarabağın həllindən bütün tərəflər udacaq” – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması nəinki birbaşa regiona, ayrı-ayrı ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir.

Bunu Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətinin regiona iqtisadi təsirləri barədə Axar.az-a danışarkən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, Cənubi Qafqazda münaqişəli vəziyyət bir başa ölkəyə cəlb edilən xarici investisiyaların həcminə təsir göstərir:

"İqtisadi "sinql market" prinsipi praktik olaraq münaqişəli regiona vahid bazar kimi baxılmasının qarşısını alır. Nəticədə avtomobil və digər daha böyük bazar tələb edən sektorlara investisiyanın cəlbində müəyyən çətinliklər olur. Eyni zamanda, ölkələrarası xarici ticarət dövriyyəsinə mənfi təsir göstərir. Yalnız münaqişə aparan tərəflər deyil, bütövlükdə regionda yerləşən ölkələrin ticarət dövriyyəsində də azalmalar müşahidə edilir. Münaqişələrin xərci büdcədə hərbi istiqamətdə ayrılan vəsaitlərin artmasına gətirib çıxarır ki, bu da dövlət büdcəsində ayırmalara birbaşa təsir göstərir. Belə durum nəqliyyat və digər regional layihələrdə invsetorların ehtiyatlanmasına səbəb olur".

İqtisadçının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazın güclənməsi deməkdir:

"Münaqişənin həm cari, həm də potensial xərcləri olur. Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, Qarabağ probleminin həlli bütün tərəflərin iqtisadi baxımdan gəlir əldə etməsinə gətirib çıxaracaq. Hətta Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ermənistana belə investisiya qoymaq niyyətində olduğunu bildirib. Elə bir zaman yetişib ki, prosesin həlli bütün tərəflər üçün vacib hal alıb. Münaqişənin hələ də həll edilməmiş qalması ölkə iqtisadiyyatına, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir".

Tarix
2016.02.09 / 09:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla