Yuxarı

11 min piyada saxlanıldı: Təhlükəsizlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlindən indiyədək yol qəzalarında ölənlərin 50 faizi piyada vurması nəticəsində dünyasını dəyişənlərdir.

Bunu Report-a açıqlamasında Dövlət Yol Polis İdarəsinin (DYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov əlavə edib ki, bu müddət ərzində piyada vurması ilə nəticələnən 21 yol nəqliyyat hadisə baş verib və bu hadisələr zamanı 5 nəfər ölüb 16 nəfər xəsarət alıb:

"Bu da ciddi narahatlıq doğurur. Buna görə də Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb. Piyada keçidləri ətrafında gücləndirilimiş xidmət təşkil olunub".

Bölmə rəisi əlavə edib ki, ilin əvvəlindən indiyədək 11 min piyada saxlanılaraq məsuliyyətə cəlb edilib:

"Piyadaların həyat və sağlamlıqlarının qorunması vacib şərtdir. Bu istiqamətdə təsirli tədbirlər davam etdiriləcək. Bir daha piyadalara xəbərdarlıq edirik ki, diqqətli olun, yolu keçərkən tələsməyin, işıqforun tələblərinə uyğun hərəkət edin, xüsusi ilə günün qaranlıq vaxlarında geyimlərin üzərində işıqqaytarıcıların olmasına üstünlük verin".

Tarix
2016.02.09 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla