Yuxarı

Vüqar Bayramova sui-qəsd – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçiləndən sonra fəaliyyətimizə qarşı bir sıra radikal qrupların "diqqəti" daha da artıb.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov özü məlumat verib. Ekspert bildirib ki, Rusiyanın radikal "Pleskov Slavik Qrupu" CESD-ni yəhudilərin yaratdığı mərkəz adlandıraraq onun sədrini zəhərləməyə çağırmaqdan belə çəkinməyib:

"Belə ki, Pleskov Qrupu son hesabatında yazır ki, CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir və əgər onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin. Bu məlumatdan sonra isə CESD haqqında məlumat verilib".

İqtisadçı bildirib ki, rəhbərlik etdiyi təşkliatın regionun ən güclü beyin mərkəzi olması sadəcə CESD-nin tədqiqatlarının keyfiyyətinin nəticəsidir:

"Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin, regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimizi anti-rus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir. Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı, Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələr ilə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhrləmək isə düşünürük ki, yalnız radikalların ağlına gələ bilər".

Tarix
2016.02.09 / 11:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla