Yuxarı

“Bu yuxunu necə yozum, görəsən?..”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Zöhrab Əmirxanlı son zamanlar öz bədii yaradıcılığı ilə də oxucuların diqqətini çəkir.

Axar.az Zöhrab Əmirxanlının "Bu yuxunu necə yozum, görəsən..." şeirini təqdim edir.

Hisslərimə sığal çəkib hörən sən,

Bu yuxunu necə yozum, görəsən?..

İlahətək gəldin mənim yuxuma,

Nitqim batdı heyrətimdən lal kimi.

Susuzluqdan təşnə olan dodağım,

Həmin gecə çeşmə tapdı bal kimi.

Nə şirindi o gecənin vüsalı,

Bu vüsalın yozulmalı yüz halı,

Xəyalımı çən bürüyüb, sis alıb,

Bu yuxunu necə yozum, görəsən?..

Könlüm hələ çalınmamış saz idi,

Sən ömrümə erkən gəlmiş yaz idin,

Bir ayrı cür qəmzə idin, naz idin,

Bu yuxunu necə yozum, görəsən?..

O gecədə gözlərimiz öpüşüb,

O gecədən neçə gecə ötüşüb,

Gözlərindən ürəyimə od düşüb,

Bu yuxunu necə yozum, görəsən?..

Tarix
2016.02.09 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla