Yuxarı

Bu, “Sabah” qəzetinin Azərbaycana təxribatıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Sabah" qəzetinin əməli düşmən dəyirmanına su tökməyə hesablanıb. Bu, eyni zamanda, iki qardaş ölkə arasında nifaq salmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev deyib. A.Əliyev bildirib ki, bu gün iki ölkə arasında əlaqələrin inkişaf etdiyi bir vaxtda belə təxribatın törədilməsi qardaşlıq münasibətlərinə zərər gətirməkdir:

"Bundan öncə də "Sabah" qəzetinin Azərbaycana qarşı təxribatı olmuşdu və sonradan üzr istəyərək, təxribatlarını düzəltdilər. İnanırıq ki, növbəti belə səhv olmayacaq. Onu yaxşı bilirik ki, türk xalqı bizimlədir və türk ziyalısı buna öz etirazını bildirəcək. Bu gün dünya ictimaiyyəti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bilir və qəbul edir. "Sabah" qəzetinin Dağlıq Qarabağı Azərbaycandan ayrı təqdim etməsi işğalçıya bəraət qazandırmaqdır".

Xatırladaq ki, Türkiyənin "Sabah" qəzetinin hazırladığı Dünya Turizm Forumu çərçivəsində keçirilən "nazirlər toplantısı" haqqında məqalədə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin arxasında verilən Azərbaycanın xəritəsində Dağlıq Qarabağ bölgəsi göstərilməyib. Yalnız Azərbaycan XİN-in məsələyə reaksiyasından sonra yanlışlıq aradan qaldırılıb.

Tarix
2016.02.10 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətt” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla