Yuxarı

Nazir xalq artistlərinin davasından danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xalq artistləri arasında yaranan qalmaqala münasibət bildirib.

Report-un xəbərinə görə, nazir bildirib ki, xalq artistlərinin yazışmaları, bir-birilərinin ünvanlarına söylədikləri fikirlər mənasızdır: "İnsanlar etik normalara riayət etməlidirlər. Xalq artisti, fəhlə, sıravi bir vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidir".

O deyib ki, cəmiyyətin öz daxili mədəniyyəti olmalıdır:

"Əfsuslar olsun ki, bəzən mədəniyyət dedikdə sərgi, konsert təsəvvür olunur, ancaq mədəniyyət adamları cəmiyyətinin yaşam tərzini müəyyən edən, diktə edən insanlardır. Hər bir xalq artisti öz hərəkəti, davranışı haqqında ciddi düşünməlidir. Bəzi şou-biznes insanlarının arasında təəssüf ki, belə hallara yol verilir. Təbii ki, bu dünya şou-biznesdə də olur. Həmin sənət adamları bunu çox zaman sensasiya, gündəmdə qalmaq xətrinə edirlər. Əgər bu belədirsə, bu işlərin də müəyyən bir normalarda aparılması lazımdır".

Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil.

Tarix
2016.02.10 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla