Yuxarı

“İnanmazdım ki, bu sahə bu qədər bərbad vəziyyətdədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir il əvvəl cənab prezident məni bu vəzifəyə təyin etdi. Həmin vaxt qarşıma çox ciddi məsələlər qoymuşdu. Mən də çalışdım ki, bu bir ildə qoyulan o məsələlərdə ciddi dönüşlər yaradım. Mən dəmiryolunu qəbul edəndə düşünməzdim ki, bu sahə texniki tərəfdən zəifdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov deyib.

Baş dəmiryolçu Musavat.com-a geniş müsahibəsində qeyd edib ki, dəmiryolundakı vəziyyətdən xəbəri olmayıb:

"Amma bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim. İşin irəliyə getməsi üçün müvafiq addımlar atmağa başladıq".

C.Qurbanovun sözlərinə görə, addımlar birinci növbədə vaqon, elektrovoz, lokomotiv parklarının yenilənməsi ilə başlayıb: "Dəmir yolu digər sahələrdən xeyli fərqlənir. Gəmiçilik elədir ki, onun yolu ancaq sudur, təyyarənin yolu havadır, maşın yollarında isə yoldur, amma üstündəkilərə cavab verilmir.

Dəmir yolunda isə rəhbərlik bunun həm yoluna, həm xəttinə, həm də rabitəsinə, lokomotivinə, ekologiyasına, təhlükəsizliyinə cavabdehdir. Ağır və böyük strukturdur.

Amma bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı".

Tarix
2016.02.10 / 11:44
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla