Yuxarı

Millət vəkili nazirə rayonlarla bağlı təklif verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd təsərrüfatı nazirinin iştirakı ilə keçirilən tədbirdə sakinləri narahat edən problemləri qaldıraraq hökumətdən dəstək göstərilməsini xahiş edib.

Axar.az xəbər verir ki, deputat Tovuz rayonu ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

Q.Paşayeva görüşdə Tovuzdakı aqrar sektora mənfi təsirini göstərən problemləri diqqətə çatdırıb:

"Əkin sahələrinin suvarılması, Kür çayına yaxın ərazilərdə suyun verilməsi mexanizmləri, artezian quyularında elektrik enerjisi ödəmələri ilə bağlı sakinlərə dəstək mexanizmləri artırılmalıdır. Rayonda toxumçuluqla bağlı ciddi problemlər qalmaqdadır. Keyfiyyətsiz toxumlar məhsuldarlığa ciddi ziyan vurur. Bununla yanaşı, dərmanların keyfiyyətinin yüksək olması vacibdir. Nazirliyin dəstəyi ilə televiziyalarda kənd təsərrüfatı ilə bağlı proqram və sosial çarxların artmasına böyük ehtiyac var".

Millət vəkili kənd yarmarkalarının sayının artırılmasına da toxunub:

"Məhsulların Gürcüstan bazarına çıxarılmasında süni əngəllər aradan götürülməlidir. Rayonda üzümçülüyün inkişafına şərait, emal müəsisələri yaradılmalıdır".

Maldarlıqla bağlı məsələlər barədə geniş danışan Q.Paşayeva nazirliyin Ağcabədi, İmişli və Bərdədə həyata keçirdiyi pilot layihələrə Tovuzun da daxil edilməsini xahiş edib.

Tarix
2016.02.10 / 14:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla