Yuxarı

Kreditlə avtomobil alanlara iki mühüm – Məsləhət

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobil girovunun notariat qaydasında təsdiqi və avtokreditin dollarda verilməsi ilə bağlı məsələlər olduqca əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov açıqlama verib. Ekspert manatla yanaşı, yalnız dollarda olan avtokreditlərlə bağlı bəzi önəmli məqamları qeyd edib:

"Əksər hallarda bankların bağladığı avtomobil girovu (ipotekası) müqaviləsi notariat qaydasında təsdiq olunmur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, avtomobil girovu ipoteka hesab olunur. Həmin Məcəllənin 307.7-ci maddəsinə gorə isə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Əks halda, belə müqavilə MM-nin 329.1-ci maddəsinə əsasən etibarsız sayılacaq. Ancaq vətəndaş məhkəməyə müraciət edərək avtomobillərini girovdan azad etdirə bilər. Avtomobil evli şəxs tərəfindən əldə edilirsə, bir qayda olaraq hər ikisinin birgə mülkiyyəti hesab olunur. Deməli, banka ipotekaya qoyulması üçün həyat yoldaşının da yazılı razılığı vacib rol oynayır".

Hüquqşünas avtokreditin dollarla verilməsi zamanı çaşqınlığa səbəb olan hallara da toxunub:

"Dollar kreditlərinin xeyli hissəsi avtokreditlərdir. Kredit müqaviləsini vətəndaşa bank təqdim edir, vətəndaşın ora hər hansı düzəliş etmək imkanı yoxdur. Ancaq vətəndaşın müqaviləni imzalaması hələ o demək deyil ki, mütləq buna əməl etməlidir. MM-nin 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd məlum olduğu andan 1 ay ərzində mübahisə edilə bilər. Ona görə də insanlar iki vacib məqama - ipoteka müqaviləsnin notariat qaydasında təsdiqinə əməl etməli və sənəd imzalanan zaman sui-istifadə hallarına aldanmamalıdırlar".

Tarix
2016.02.10 / 16:03
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla