Ana səhifə İqtisadiyyat |
Azərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə, yəni bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək.
Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.
Onun sözlərinə görə, 2016-cı ilin I rübündə Azərbaycanın milli ödəniş sisteminin yaradılması üzrə işlər başa çatacaq. Bu il bankın təqdim etdiyi avtomatlaşdırılmış iş yerləri yeni platformalara keçiriləcək:
"Tənzimləyici, nazirlik yanında mərkəzləşdirilmiş informasiya bazası yaradıb, bəzi təhsil müəssisələrinə isə avtomatlaşdırılmış iş yerləri təqdim edib".
Qurum rəsmisinin sözlərinə görə, hazırda Vergilər Nazirliyi ilə birlikdə "Ekspressbank" və "Kapital Bank" tərəfindən terminalların quraşdırılması üzrə plan hazırlanır, həmin terminalların köməkliyi ilə vergiləri ödəmək mümkün olacaq.
Tarix
2016.02.10 / 16:36
|
Müəllif
Şəmsəddin Ənsar
|