Yuxarı

Neft şirkəti Londondakı əmlakın dəyərini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ildə əldə etdiyi və dəyəri 177 milyon 350 min funt sterlinq həcmində olan Londonun Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak aktivinin icarəyə verilməsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 milyon funt sterlinq məbləğində gəlir əldə edilib.

Axar.az Fondun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda bu əmlakın dəyəri bazarda 213 milyon funt sterlinq məbləğində qiymətləndirilir. London daşınmaz əmlak bazarının yüksək likvidliyi ("KnightFrank" şirkətinin hesablamalarına əsasən 2015-ci ilin ilk üç rübündə Mərkəzi London ərazisində əqdlərin ümumi dövriyyəsi təqribən 12 milyard funt sterlinq təşkil edib) nəzərə alınaraq bu aktivi ən qısa zamanda göstərilən qiymətə reallaşdırmaq mümkündür.

Ümumilikdə isə 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30 faizdən yüksəkdir (orta illik gəlirlilik təqribən 10 faiz təşkil edib).

Qeyd edək ki, ARDNF 2012-ci ilin dekabrında daşınmaz əmlaka ilk investisiyasını həyata keçirib. Fond Londonun "West End" səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 milyon 350 min funt sterlinq təşkil edən ofis kompleksini alıb. Binanın alğı-satqı prosesində satıcı qismində "Deutsche Bank"ın vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Esteyt, ARDNF-in hüquq məsləhətçisi kimi Klifford Çans (Clifford Chance), broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış edib.

Tarix
2016.02.10 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla