Yuxarı

Türkiyə vətəndaşı Bakıda 50 minlə saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan külli miqdarda xarici valyutanı gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdlərin qarşısını alınıb.

Axar.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Dubay aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Azərbaycan Respublikasının vətəndaşı Fikrət Bayramov gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib. Lakin vətəndaşın əl yükünə rentgen aparatı ilə baxış zamanı monitorda pul əskinaslarının təsviri görünüb.

F.Bayramovun əl yükünə təkrar baxış keçirilərkən və şəxsi yoxlama aparılarkən ona məxsus çantadan, eyni zamanda üzərindən cəmi 17500 ABŞ dolları aşkar edilib.

Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən və bəyannamə təqdim etməyən Türkiyə Respublikasının vətəndaşı Kalender Ali İhsana məxsus əl yükü də rentgen aparatıyla yoxlanılarkən monitorda pul əskinaslarının təsviri görünüb.

Təkrar baxış zamanı Kalender Ali İhsanın çamadanından 49000 ABŞ dolları, üzərində şəxsi yoxlama aparılarkən isə pul qabından 700 ABŞ dolları aşkar olunub.

Tarix
2016.02.10 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla