Yuxarı

Ayfon-7-nin yeni görüntüsü yayıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əpl"in (Apple) səbirsizliklə gözlənilən modelinin yeni fotoları yayılıb.

ANS-in məlumatına görə, söhbət Ayfon-7-dən gedir. Yeni modelin bu ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir. Ancaq təqdimatdan öncə onlarla konsepti internetdə yayılıb. Smartfon çərçivəsiz görüntüsü ilə olduqca diqqətçəkici dizayna malikdir.

Telefonun görüntüsünü dizayner Eduardo Guerrero paylaşıb. Yeni dizayn "Eyni boy, daha böyük ekran" şüarı ilə hazırlanıb. Dizayner eyni zamanda naqilsiz elektrik cərəyanı texnologiyasının da yeni modeldə ola biləcəyini istisna etməyib.

Əslində "Əpl" yeni modeldə bir o qədər də çox dəyişiklik etməyib - o, Ayfon-6S-dən bir o qədər də fərqlənmir. İlk görünüşə görə "Əpl" fanatlarının ən çox gözlədiyi çərçivəsiz ekran dizaynı yaxın zamanda satışda olacaq.

Telefonun ölçüləri 5.51 x 2.63 x 0.25 düym olaraq dizayn edilib, üzərində ancaq bir düymə - "Home" var.

iOS 10 sistemi olacaq model daha öncəki versiyalar kimi 16, 64 və 128 GB daxili yaddaş ilə hazırlanacaq.

Tarix
2016.02.10 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla