Yuxarı

Bəşər Əsədə sui-qəsd edildi - Ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın öndə gedən müxalif qruplarından olan Əhrar əş-Şam ölkə diktatoru Bəşər Əsədə sui-qəsd təşkil edib.

Avropa.info xəbər verir ki, hadisə ötən həftə Bəşər Əsədin anası Enisə Əhməd Məxlufun dəfni zamanı baş verib.

Məlumata görə, Bəşər Əsədin anasının dəfni ilə bağlı Latakiyanın Kardaha bölgəsinə gələcəyi xəbərini alan müxaliflər ona qarşı sui-qəsd hazırlayıblar.

Türkiyənin hökumətə yaxın "Taymtürk" saytına danışan Əhrar əş-Şam komandirlərindən biri məlumatı təsdiqləyib.

"Ötən həftənin bazar günü Məxlufun dəfni ilə bağlı Əsədin regiona gələcəyi məlumatını aldıq. Məlumatı aldıqdan sonra hazırlığa başladıq. Ərazi şərtləri və sıx təhlükəsizlik tədbirləri səbəbi ilə bölgəyə yanaşmağımız mümkün deyildi. Ona görə də "Qrad" raketləri ilə Əsədin keçdiyi yolu hədəf aldıq və vurduq".

"Yerusalem Post" qəzetinin iki gün öncə verdiyi xəbərə görə, anasının dəfninə gedən Əsədin kartejinə "Qrad" raketləri ilə hücum təşkil edilib. Qəzetin yazdığına görə, kartejdə olan 4 adamın ölsə də, Əsədi xilas etmək mümkün olub.

Qeyd edək ki, Suriyada olaylar 2011-ci ilin mart ayının 15-də əvvəlcə dinc etiraz aksiyaları şəkilində başlayıb. Lakin uzun illərdir ki, ölkəyə seçki keçirmədən rəhbərlik edən Əsəd ailəsi aksiyaları dağıtmaq üçün odlu silahdan istifadə edəndən sonra proses hərb müstəvisinə keçdi. Daha sonra Bəşər Əsəd onun hakimiyyətdə qalmasına kömək etmək üçün İran, Hizbullah, daha sonra isə Rusiyadan hərbi yardım istədi.

Əsəd ailəsi Suriyada dini azlıq sayılan (təqribən ölkə əhalisinin 8 faizi) nusyari təriqətini təmsil edir.

Tarix
2016.02.11 / 00:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla