Yuxarı

Moskvada azərbaycanlı belə güllələndi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskvanın cənub-şərqində bir azərbaycanlının güllələnmə anı yayılıb.

ANS -in məlumatına görə, hadisə bü gün Moskvanın Privolnaya küçəsində baş verib.

İlkin məlumatlara görə, yaxınlıqda yerləşən tikintidə azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb. Nəticədə bir nəfər güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.Səhər saatlarında iki nəfərin olduğu "Hyundai Solaris" maşını ilə evdən çıxaraq yola düşür.

Maşının qarşısını maskalı üç naməlum şəxs kəsir. Onlar 38 yaşlı azərbaycanlı Amil Əmrahovu maşından çıxararaq, qarın nahiyəsindən güllələyiblər. Daha sonra həmin maşına əyləşərək, sürücüyə hadisə yerindən getməyi əmr ediblər. Əmrah isə qan içində yolda yaralı vəziyyətdə qalıb.

Hadisəni görən şahidlər oraya dərhal təcili tibbi yardım çağırıblar. Yaralı 36 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, həmyerlimizin hazırda həyat təhlükəsi yoxdur. Məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırma aparırlar. İlk versiyaya görə, hadisə əvvəlcədən planlaşdırılıb. Çünki maşında 800 min rubl (15840 AZN) olub. Çox güman ki, insident də oğurluq ucbatından törədilib. Hazırda polis silahlı insidenti törədənləri axtarır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Rusiya mətbuatı insidentin azərbaycanlılarla taciklər arasındakı kriminal mübahisə nəticəsində baş verdiyini yazıb

Analoji hadisə keçən il Moskvanın cənub-şərqində baş verib. Ənvər Həsənovun güllələnmiş meyiti maşında Novomarinsk küçəsində, 38 nömrəli ev yaxınlığında tapılıb. Moskva polisinin mətbuat xidməti ölüm faktını təsdiqləyib. İlkin məlumatlara görə, Ə.Həsənov odlu silahdan baş və kürəyindən güllələnib. Cinayətkarlar 52 yaşlı həmyerlimizi özünün "Mercedes" markalı avtomobilini idarə edərkən vurublar.

Tarix
2016.02.11 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla