Yuxarı

Bu dairədə seçki keçiriləcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyaya görə, hər hansı səbəbdən sıradan çıxmış deputatın səlahiyyətlərinin bitməsinə 6 ay qalırsa, seçkilər keçirilmir. Ancaq digər hallarda təkrar seçkilər keçirilməlidir.

Bu barədə Axar.az-a hüquqşünas Müzəffər Baxışov açıqlama verib.

"Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, nəticələri ləğv edilən və ya hansısa səbəbdən deputatsız qalan dairədə bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. 90 saylı Ağdaş seçki dairəsində hələ təkrar seçki keçirilməyib. MSK həmin dairədə təkrar seçkinin təşkili üçün qanunda nəzərdə tutulan işlərin həyata keçirələcəyi ilə bağlı vaxtı açıqlamayıb", - deyə hüquqşünas qeyd edib.

MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli sözügedən dairəyə seçkilərin keçirilməsi barədə dəqiq məlumatın olmadığını bildirib: "Hələ ki, bu barədə MSK tərəfindən qərar qəbul edilməyib".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri ləğv olunan 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsinin noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına dair qərarından sonra baxılacağını açıqlamışdı. Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini təsdiq etməsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, sözügedən dairədə təkrar seçkilərin keçiriləcəyi konkret tarix açıqlanmayıb.

Tarix
2016.02.11 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla