Yuxarı

Sualtı mədəni irs haqda - Qaydalar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası"nın və "Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası"nın təsdiq edib.

Trend-in məlumatına görə, qaydalara əsasən, sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan mədəni sərvətlər- obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar; gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar; qədim tarixi əşyalar aiddir.

Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir.

Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.

Sualtı mədəni irs nümunələrinin qorunması və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası"na uyğun həyata keçirilir.

Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin istifadəçisinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.

Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdənsonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir.

Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.

Tarix
2016.02.11 / 09:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla