Yuxarı

Jurnalistin bacısı sevgilisinə görə özünü asıb? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bacımın sevgilisi olmayıb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə intihar edən Kooperasiya Universitetinin tələbəsi Nigar Vahabovanın bacısı Aytac Vahabova çıxış edib.

İctimai Televiziyanın əməkdaşı olan A.Vahabova "Bizim Yol"a bildirib ki, bacısının ölümündən qabaq telefonla danışıblar.

Onun sözlərinə görə, intihardan qabaq ailəsinə məktub yazması haqda xəbərlər yanlışdır: "Onun intihar etməsinin səbəbi bizə məlum deyil. Bəzən elə şeylər var ki, o, səbəbsiz olur. Yaxud da səbəbi o qədər böyük olur ki, onu paylaşmaq istəmirsən".

A.Vahabova bacısının dəfnində yaxın dostlarının, müəllimlərinin iştirak etdiyini açıqlayıb: "Biz sevgilisiz, nişansız, toysuz həyatını sona yetirən Nigarımızı vağzalı sədaları ilə son mənzilə yola saldıq.

Rusiyada yaşayan atamız Nigarın vida mərasimində iştirak edə bilmədi. Amma onun üçün gül dəstəsi hazırlatdırıb göndərmişdi. Nigarımızı doğulduğu Şüvəlandakı qəbiristanlıqda dəfn etdik.

Yada salaq ki, N.Vahabovanın sevgilisi olduğu və istintaq cəlb edildiyi barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, həmin şəxs ailəli olub və Nigara görə boşanıb. Nigar sevgilisinin evli olduğunu öyrənib və ondan ayrılmaq qərarına gəlib.

Həmin şəxs ayrılığa razı olmayaraq Nigara təzyiq göstərib. Nigarı onda olan uyğunsuz fotoları ilə şantaj edib. Gənc qız çıxış yolunu intiharda görüb.

Tarix
2016.02.11 / 13:25
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla