Yuxarı

Kennedinin müsəlman qatili yenə həbsdə qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Məhkəmə Komissiyası Robert Kennedini qətlə yetirən Sərxan Sərxanın şərti azadlığa buraxılması haqqında 15-ci xahişini də rədd edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Röyter" agentliyi yayıb. Komissiya Sərxan Sərxanın öz cinayətinin ağırlığını hələ də dərk etmədiyini bildirib.

Qeyd edək ki, Robert Kennedi mərhum ABŞ Prezidenti Con Kennedinin qardaşıdır. Qardaşının ölümündən sonra siyasətə qoşulan Robert, tezliklə, böyük uğur əldə edir. Vyetnam müharibəsini bitirmək və ABŞ-da idarəetməni dəyişdirmək istəyən Robert Demokratlar Partiyasının prezident seçkilərində əsas liderinə çevrilir. 1968-ci ildə Kaliforniyada Demokratlar Partiyasının namizədləri arasında keçirilən səsvermədən az sonra Kennedi Sərxan Sərxan tərəfindən öldürülür. Fələstindən olan Sərxan Sərxan sonradan həbs edilir. O bu əməlini həyata keçirərkən özündə olmadığını desə də, məhkəmə onu əfv etmir. Sərxan 1972-ci ildə ölüm hökmünə məhkum edilir, amma sonradan bu hökmü ömürlük həbs cəzası əvəz edir. Bəzi ekspertlər də indiyə qədər Kennedinin ölümündə hələ də gizli məqamların olduğunu və Sərxan Sərxanın tək günahkar olmadığını bildirirlər.

Tarix
2016.02.12 / 01:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla