Yuxarı

“Ağdam: 5 epizod” filmi Brüsseldə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 11-i Belçikanın Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Belçikanın Qafqazın Qovuşma Nöqtəsi təşkilatının çəkdiyi "Ağdam: 5 epizod" filminin təqdimat mərasimi keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, Brüsselin nüfuzlu mədəniyyət tədbirlərinin keçirildiyi "Bozar" İncəsənət Mərkəzində baş tutan təqdimat mərasiminə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, QHT nümayəndələri, media orqanlarının təmsilçiləri qatılıb.
Qafqazın Qovuşma Nöqtəsi təşkilatının sədri Mişel İvor mərasimdə çıxış edərək layihə haqqında ətraflı məlumat verib və filmin hazırlanmasına göstərdiyi dəstəyə görə Şuraya təşəkkürünü bildirib. Daha sonra film nümayiş olunub. Filmdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Ağdam şəhərindən olan və məcburi köçkün həyatını yaşayan 5 nəfərin təəssüratları və xatirələri yer alıb. Eyni zamanda, Ağdam şəhərinin qədim abidələri, təbiəti, müharibədən əvvəlki və işğaldan sonrakı vəziyyətinə dair kadrlar da filmdə əksini tapıb. Təqdimat mərasimində qeyd olunub ki, əgər Avropa ictimaiyyəti zamanında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə obyektiv və ədalətli münasibət bəsləsəydi, analoji münaqişə ocaqlarının artması nəticəsində hazırki miqrant problemi ilə rastlaşmazdı.

Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov filmdə Ermənistanın işğalçı siyasətini ifşa edən tutarlı faktların yer aldığını deyib. Fuad İsgəndərov qeyd edib ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində davamlı iş aparır. Avropa-Azərbaycan Cəmiyyətinin Belçika nümayəndəliyinin rəhbəri cənab Mark Fervilqen diqqəti "Ağdam. 5 epizod" filmin nümayiş olunan insanlara çəkərək qeyd edib ki, Ermənistanın işğalı nəticəsində doğma şəhərlərindən məhrum olan, maddi-mənəvi cəhətdən ağır itkilərə məruz qalan köçkünlərdə heç bir nifrət hissi yoxdur. Onlar sadəcə doğma torpaqlarına qayıtmaq istəyirlər. Mark Fervilqen münaqişəyə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğalçılıq siyasətinin açıq şəkildə əksini tapdığını və beynəlxalq ictimaiyyətin rəsmi İrəvana təzyiqləri artırmalı olduğunu vurğulayıb.

Tarix
2016.02.12 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla