Yuxarı

Əbülfəs Qarayev Sekuta ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Axar.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. Azərbaycanın mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb. Səfir R.Sekuta Azərbaycanda Amerika Günlərinin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən səfirliyə dəstək göstəriləcəyinə ümidini ifadə edib.

Nazir Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verib və tədbirə ABŞ rəsmilərinin dəvət olunduğunu qeyd edərək, ABŞ-ın Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.

Görüş zamanı muzey, mədəni irs və kitabxana sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Nazir turizm sahəsində əməkdaşlığın vacib olduğunu bildirib, həmçinin Ümumdünya Turizm Təşkilatı tərəfindən "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnamə qəbul edildikdən sonra Ermənistanın turizm stendlərində Qarabağla bağlı təbliğatın qarşısının alındığını qeyd edib və bu məsələdə ABŞ səfirliyi tərəfindən müvafiq köməklik göstəriləcəyinə inamımı ifadə edib.

Tarix
2016.02.13 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla