Yuxarı

Hollandiya: "Azərbaycan çətin rəqibdir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizə çətin rəqib düşüb. Baxmayaraq ki, bu mərhələdə asan rəqib tapmaq onsuz da çətin idi.

Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Hollandiya millisinin baş məşqçisi Marsel Loosveld dünya çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Hollandiya mətbuatına danışan Loosveld pley-off mərhələsində qarşılaşacaqları Azərbaycan yığması haqda fikirlərini bölüşüb:

"Bilirik ki, Avropadan dünya çempionatında yalnız 7 komanda iştirak edəcək. Biz də həmin komandalar sırasında olmaq istəyirik. Bunun üçün də pley-off mərhələsində istənilən güclü rəqibi keçməliyik. Azərbaycan yığması yeni oyun üslubunda çıxış edir və hücumda yaxşı təsir bağışlayır. Bu səbəbdən qarşıdakı bir ay ərzində rəqibi diqqətdə saxlamalı və komandamı ilk oyuna yaxşı hazırlamalıyam".

Qeyd edək ki, Azərbaycan və Hollandiya yığmaları arasında ilk oyun martın 22-də Hollandiyada, cavab görüşü isə aprelin 16-da Bakıda keçiriləcək.

Tarix
2016.02.13 / 02:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla