Yuxarı

Prezidentin İran səfərində vacib - Məqamlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşdırılmasıüçün ciddi imkanlar var.

Bunu Axar.az-a Prezidenti İlham Əliyevinİrana edəcəyi səfərlə bağlı iqtisadçı alim Vüqar Bayramov deyib.

Ekspert hesab edir ki, bu səfər iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin yaxşılaşmasındamühüm rol oynayacaq:

"Artıq İran bankları SVİFT sistemindən istifadə etməklə Qərb bankçılığına qoşulublar. Bu isəİranın bazara çıxmaq imkanlarını artırır. Bu baxımdan Azərbaycan üçün də İran əhəmiyyətli ölkələrdəndir.

Eyni zamanda, etnik baxımdan iki ölkə əhalisi arasında yaxınlıq biznes əlaqələri üçün mühüm rol oynaya bilər. Prezident İlham Əliyevin İrana səfəri ölkələrarası münasibətlərin yaxşılaşması ilə bağlı siyasi iradəni bir daha nümayiş etdirir.

İran tərəfi Azərbaycanla əməkdaşlıqda birmənalı şəkildə maraqlıdır. Çünki İran Azərbaycan vasitəsilə digər region bazarlarına çıxış əldə edir".

İqtisadçının sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq kifayət qədər böyük spektrı əhatə edə və bu özünü xüsusilə qeyri-neft sektoru, dərman preparatlarının istehsalı, avtomobilqayırmada göstərə bilər:

"Enerji sektorunda əməkdaşlıq da əsas prioritetlərdəndir. Nəzərə alaq ki, enerji resurslarının Avropa bazarına çıxarılması hazırda geniş müzakirə olunur.

Çünki Tehran da Cənub qaz dəhlizinə, TANAP və TAP-a qoşulmaqda maraqlıdır. Səfər zamanı bu məsələ geniş müzakirə olunacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın sonunda İrana səfər edəcək.Səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlər imzalanacaq.

Tarix
2016.02.13 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla