Yuxarı

Gəncə ilə bağlı nadir sənədlər tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Gəncə Bölməsinin Türkiyəyə ezam olunmuş əməkdaşları Gəncə şəhərinin tarixinə dair sənədlər və Nizami Gəncəvinin əsərlərinin əlyazmalarını əldə edib.

Akademiyadan Trend-ə verilən məlumata görə, Türkiyənin bir neçə arxiv və kitabxanasında aparılan araşdırmalardan sonra Başbakanlık Osmanlı Dövlət Arxivindən Gəncə şəhərinin hərbi-siyasi və iqtisadi tarixinə aid 181 arxiv sənəd toplanaraq, Akademiyaya təhvil verilib.

Əsli Fransa Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvinin əsərlərinin 1365-ci ilə aid 649 ədəd əlyazması və "Xəmsə"yə həsr edilmiş 25 miniatürün surəti İstanbulun Süleymaniyyə Kitabxanasından Akademiyaya gətirilib. Araşdırmalar zamanı Qafqazın tarixinə aid çoxlu sayda əlyazma, miniatür və kitabların surəti də tapılıb.

Hazırda AMEA-ya daxil olan arxiv materiallarının üzərində elmi tədqiqat işləri aparılır.

Tarix
2016.02.13 / 10:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla