Yuxarı

Dələduz bankirin əmlakı hərraca çıxarılır – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində 81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəməkdə təqsirli bilinən "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun işi üzrə proses başa çatıb.

Bu barədə Axar.az-a zərərçəkənlərin vəkillərindən biri Aqil Layıcov məlumat verib. Onun sözlərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərarda Zal Yusifovun atası Zakir Yusifovun üzərində həbs qoyulan əmlaklarının özünə qaytarılması ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Məhkəmə Zal Yusifovun atasının adına sənədləşdirdiyi əmlakın vətəndaşların pulu hesabına əldə etdiyini təsdiqləyib. Qərara əsasən, üzərinə həbs qoyulmuş əmlakların hərrac yolu ilə satılması və zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, 81 nəfərin milyonlarla manat vəsaitini mənimsəmiş "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov məhkum olunsa da, cinayət işi üzrə adı keçən zərərçəkmişlərə dəymiş ziyan ödənməyib.

2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Zal Yusifov həm istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı etiraf edib ki, üzərinə həbs qoyulan "Humay" şadlıq sarayı onun özünə məxsusdur.

Cinayət işinin araşdırıldığı məhkəmədə də əmlakların Zal Yusifova məxsus olduğu tam sübuta yetirilib, buna görə də həmin əmlakların hərrac yolu ilə satılması, əldə olunan pul vəsaitlərinin zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul edilib.

Amma dələduz bankirin ahıl atası Zakir Yusifov illərdir ki, sözügedən əmlakların satışa çıxarılmasını əngəlləyir. Saxta sənədlərdən istifadə edən Zakir Yusifov Ali Məhkəmədə cinayət işinin növbəti dəfə apelyasiya instansiyasında araşdırılmasına nail olmuşdu. Zakir Yusifov saxta sənədlər təqdim etməklə iddia edirdi ki, əmlaklar onun özünə məxsusdur. Amma bundan əvvəl apelyasiya instansiyasında mülklərlə bağlı ayrı-ayrı hakim kollegiyalarında araşdırma aparılıb, əmlakların Zakir Yusifova aid olduğu sübuta yetirilib.

Ali Məhkəmə Zakir Yusifovun iddiasına sonuncu dəfə ötən il noyabrın 14-də baxıb və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul etmişdi. Həmin vaxt üzərinə həbs qoyulan mülklər artıq Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin Binəqədi rayon şöbəsi tərəfindən hərraca da çıxarılmışdı. Amma Ali Məhkəmədə qərarın ləğv edilməsinə nail olan Zakir Yusifov növbəti dəfə mülklərin satışa çıxarılmasına mane ola bilmişdi.

Zakir Yusifov "Humay" şadlıq sarayı, həmçinin iki bloklu, dörd mərtəbəli villa və digər mülklərin oğluna yox, özünə məxsus olduğunu iddia edirdi. Amma ortaya bu əmlakları hansı vəsait hesabına əldə etməsi ilə bağlı fakt qoya bilmir.

Həqiqətdə isə Zakir Yusifovun oğlu Zal Yusifov bankir olandan sonra onlarla vətəndaşın etimadını qazanaraq onları dələduzluq yolu ilə aldatmağa başlayıb, pullarını alıb, beləliklə, külli miqdarda var-dövlətə yiyələnib.

Tarix
2016.02.13 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla