Yuxarı

Kamal Abdulla: “Bu, dünyaya bir çağırışdır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi fevralın 13-də işini davam etdirir.

Azərtac xəbər verir ki, seminar-müşavirənin ikinci günündə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev "Azərbaycan multikulturalizminin inkişaf perspektivləri" mövzusunda çıxış edib.

Kamal Abdulla bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə uzaqgörən siyasi həssaslıq nümayiş etdirərək, 2016-cı ili "Multikulturalizm ili" elan edib. Bunun son dərəcə böyük əhəmiyyəti var. Bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. "Azərbaycan Prezidentinin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi dünya ictimaiyyətinə, intellektual qüvvələrə bir çağırışdır. Dövlətimizin başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri elan etdi. Bu multikultural dəyərlər hansılardır? Mərhəmət hissi, başqasının halına acıma hissi, başqasını özündən seçməmək hissi. Bu, bizim xalqımıza xas dəyərlərdir", - K.Abdulla vurğulayıb.

Dövlət müşaviri qeyd edib ki, multikulturalizm məna etibarilə çoxmədəniyyətlilik deməkdir. Yəni, çoxmədəniyyətli bir cəmiyyətdə bu, çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal şəkildə yaşamaları deməkdir. Bu, bizim üçün həyat tərzidir. Amma xaricdə bu hal qəribə qarşılanır. Multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir.

Tarix
2016.02.13 / 12:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla