Yuxarı

Gömrükdə Apelyasiya Şurasının iclası keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanına uyğun olaraq, Dövlət Gömrük Komitəsində yaradılmış Apelyasiya Şurasının ilk iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, iclasda şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Bildirilib ki, Apelyasiya Şurasının yaradılmasından sonra Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə "Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası haqqında" Əsasnamə, həmçinin şuranın və onun katibliyinin tərkibi təsdiq edilib.

İclasda komitənin strukturuna daxil olan qurumlarda maarifləndirmə işlərinin aparılması, həmçinin Apelyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, informasiyaların komitənin rəsmi internet saytında yerləşdirilməsi və məlumatların daim yenilənməsini təmin etmək məqsədilə xüsusi səhifənin yaradılması qərara alınıb.

Tarix
2016.02.13 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla