Ana səhifə Toplum |
Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata
görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində zəif duman
olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə, gündüz
8-12 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 9-11 dərəcə isti
olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcəyədək isti olacaq.
Tarix
2016.02.13 / 13:33
|
Müəllif
Axar.az
|