Yuxarı

PKK-ya silah verən ölkələr – Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terrorçularına silah göndərən ölkələrin adları bəlli olub.

Axar.az xəbər verir ki, araşdırma nəticəsində təkcə 20 Avropa ölkəsinin separataçılara aktiv dəstək verdiyi aşkar edilib.

ABŞ və bəzi Avropa Birliyi (AB) ölkələrinin Suriyada İŞİD-ə qarşı mübarizə məqsədi ilə PYD qüvvələrinə göndərdiyi hərbi yardımın böyük hissəsi Türkiyədə terror aktı törədən PKK terrorçularına ötürülür.

PKK-ya göndərilən silahlar arasında Almaniyada istehsal olunan tank əleyhinə MİLAN raketləri də var. Bir müddət öncə rəsmi Berlin sözügedən raketlərin İŞİD-ə qarşı mübarizə üçün PYD qüvvələrinə göndərildiyini açıqlamışdı.

Ayrıca, terrorçuların əlindəki yüngül silahların əksəriyyəti Rusiya, köhnə Şərq Bloku ölkələri və Çin istehsalıdır. Terrorçuların invertarında Almaniya, İtaliya, İngiltərə, İspaniya və ABŞ istehsalı olan silahlar da var.

Təhlükəsizlik səbəbindən Türkiyə ordusu tərəfindən yerindəcə məhv edilən minaların böyük əksəriyyəti İtaliya mənşəlidir. Plastik partlayıcıların isə Portuqaliyada istehsal edildiyi məlum olub. İran-İraq müharibəsi dövründə hər iki tərəfin sərhədlərinə döşədiyi minalar da təşkilatın əhəmiyyətli partlayıcı maddə qaynağıdır.

PKK-nın son aylarda xeyli qumbaraatan aldığı bildirilir. Rəsmi sənədlərdə yer alan məlumatlara görə, SAM-7, "Strella", "İqla" tipli yerdən-havaya atılan qumbaraatanlar Rusiya, Ermənistan, İraq və Suriyadan gətirilib.

Tarix
2016.02.13 / 16:12
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla