Yuxarı

Allahşükür Paşazadə: "Xeyli dəyişiklik olub"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirlərinin dini qurumlarla işin təşkilatçıları olan müavinləri ilə geniş tərkibdə görüş keçirilib.

Axar.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə idarənin Qazılar Şurasının üzvləri, habelə yerlərdəki səlahiyyətli nümayəndələri, axundlar, imamlar iştirak ediblər.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, dindarlar üçün yaradılan şərait, dini icmaların diqqət və qayğı ilə əhatə olunması, məscid və ibadətgahlarda aparılan təmir, bərpa və yenidənqurma işlərinin miqyası barədə məlumat verib. O, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müdrik dövlət-din münasibətlərinin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsinin, dövlət tərəfindən dini ibadət məkanlarının böyük qayğı və himayə ilə əhatə olunması, tarixi və müasir məscid komplekslərinin ərsəyə gətirilməsinin dindarlar tərəfindən ürəkdən dəstəkləndiyini vurğulayıb.

Şeyxülislam A.Paşazadə daha sonra din xadimlərinin təkmilləşdirilməsi kurslarının uğurları, din xadimlərinin xütbə və moizələrinin keyfiyyətinin artırılması istiqamətində QMİ tərəfindən atılan addımlar, Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi yönündə görülən işlər, habelə Azərbaycan coğrafi reallıqlarına uyğun olan, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə elmi əsaslarla hazırlanmış hicri-qəməri təqvim, Azanın eyni vaxtda verilməsi, dini bayramların dəqiq vaxtı və s. bu kimi milli vəhdət, mənəvi birliyimizə dəlalət edən məqamlar barədə toplantı iştirakçılarını məlumatlandırıb.

Şeyxülislam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi arasında işbirliyinin effektiv qurulması istiqamətində son illər xeyli müsbət keyfiyyət dəyişikliyinin olduğunu məmnunluqla vurğulayıb.

QMİ sədri yerli icra hakimiyyətlərində dini qurumlarla bağlı yeni təsisatın yaranmasını da dövlətin din sahəsinə qayğı və diqqətinin nümunəsi kimi dəyərləndirib. Görüşdə iştirak edən ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirlərinin dini qurumlarla işin təşkilatçıları olan müavinlərinə xeyir-dualarını bildirən A.Paşazadə qarşıdakı fəaliyyətlərində onlara uğurlar diləyib, dövlətimizin din sahəsində siyasətinin daha mütərəqqi şəkildə reallaşmasına yardımçı olacaqlarına ümidvar olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni yaradılmış təsisat təmsilçilərinə ənənəvi islami dəyərlərimizin qorunub saxlanılmasında uğurlar diləyib, din xadimlərinə QMİ-nin Nizamnaməsində əksini tapan səlahiyyət və vəzifələrini daha artıq səylə gerçəkləşdirmələrini tövsiyə edib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da toplantıda iştirak edən yeni təsisat təmsilçilərinə uğurlar diləyərək, "Dini etiqad azadlığı haqqında" Qanunla bağlı daxil olacaq müraciət və rəylərə Azərbaycan parlamentində diqqət göstəriləcəyini bildirib.

Azərbaycandakı ənənəvi dini konfessiyaların rəhbərlərindən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev görüşdə çıxış edərək, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri ilə yanaşı, dövlət-din münasibətlərinin səviyyəsinin də dünyanın başqa ölkələrində müşahidə olunanlarla müqayisədə çox yüksək olduğunu bildiriblər.

Görüşdə QMİ sədrinin müavini müfti Salman Musayev də çıxış edərək tövsiyə və təkliflərini səsləndirib.

Sonda toplantı iştirakçılarını maraqlandıran suallara cavab verilib, onlara müqəddəs Qurani-Kərim nüsxələri hədiyyə edilib.

Tarix
2016.02.13 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla