Yuxarı

İlham Əliyev: "Əminəm ki, bu asılılığı aradan qaldıracağıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müstəqilliyini yenicə qazandığı vaxtlarda onun iqtisadiyyatı bərbad vəziyyətdə idi.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi" mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Onun sözlərinə görə, ölkədə yoxsulluq və durğunluq var idi: "Onda özümüzü dünya xəritəsində görmək üçün biz enerji resurslarından istifadə edərək ölkəni inkişaf etdirməli idik. Ona görə də müstəqilliyimizdən bir neçə il keçdikdən sonra - 1994-cü ildə biz dünyanın nəhəng enerji şirkətlərini ölkəmizə gələrək investisiya yatırmaları üçün dəvət etdik. Həmin vaxt Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin cəlb olunduğu əraziyə çevrildi. Bizim üçün sonra enerji təhlükəsizliyi və enerji siyasəti modernləşmə, şaxələndirmə və infrastruktura investisiya qoymaq üçün yol oldu.

Çünki biz neft satışından əldə etdiyimiz gəliri bir fondda topladıq və neft asılılığını azaltmaq üçün infrastruktura yatırdıq. Bu gün diversifikasiya siyasəti nəticəsində bizim ÜDM-in 70 faizi artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə ki, biz ixrac baxımından neft qiymətlərindən asılıyıq. Neft və qaz ixracı 90 faiz təşkil edir.

Hazırda neft və qazdan asılılığı azaltmaq üçün özəlləşdirmə, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin inkişafı da daxil olmaqla geniş miqyaslı islahatlar aparırıq. Eyni zamanda neft qiymətinin düşməsi bizə texnologiyaya, kənd təsərrüfatına, qeyri-neft sektoruna daha çox yatırım etmək üçün imkanı verdi. Əminəm ki, Azərbaycan yaxın illərdə neft və qaz qiymətlərindən asılılığı tamamilə aradan qaldıracaq. Əvvəl də dediyim kimi, Azərbaycanın post-neft dövrü artıq başlayıb. Ona görə də, biz dünya bazarında tək neft və qaz satan ölkə kimi deyil, başqa məhsullar satan ölkə kimi də özümüzü tapmalıyıq".

Tarix
2016.02.13 / 22:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla