Yuxarı

Yandırılan azərbaycanlı uşağa görə yeni həbslər - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ulyanovsk şəhərində kollektor Dmitri Yermilov tərəfindən yandırılan iki yaşlı azərbaycanlı Ruslanın işinə görə yeni həbslər gözlənilir.

ANS -in məlumatına görə, kollektordan şikayətçi olan ailənin şikayətlərinə baxmayan polis əməkdaşları cəzalandırıla bilərlər.

Ruslanın ailəsi yerli polisə bir neçə dəfə müraciət edərək kollektorun onları təhdid etdiyini bildirib. Kollektordan təhlükəli təhdidlər almış ailənin bəyanatlarına reaksiya verməyən polislərin həbs olunacağı gözlənilir.

Hazırda işi aparan istintaq komitəsi bu yöndə araşdırmalar aparır. Hüquq-mühafizə orqanlarında olan mənbə yaxın günlərdə polislərin həbs ediləcəyini qeyd edib.

"Daxili işlər orqanlarının vəzifəli şəxslərinin fəaliyyətsizliyi nəticəsində daha əvvəl təhdidlər barədə ərizə verənin və onun azyaşlı nəvəsinin həyatına qəsd edilmişdir. Onlar vaxtında bu barədə ölçü götürməli idilər", - deyə Rusiya istintaq komitəsinin Ulyanovsk vilayə üzrə rəhbərinin baş köməkçisi Aleksandr Sorokin bildirib.

Dmitri Yermilov tərəfindən yandırılan iki yaşlı azərbaycanlı Ruslanın səhhəti hazırda yaxşılığa doğru gedir. Ruslan Hüseynov müalicəsini artıq evdə davam etdirir. Alınmış yanıqlara baxmayaraq, Ruslan artıq oynayır və yaxşı əhval-ruhiyyədədir. Uşağa yüzlərlə tanımadığı insanlar dəyməyə gəlir. Yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə "Molotov Kokteyli" atıb. "Molotov kokteyli" ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.

Nəticədə, uşaqla bərabər onu xilas etməyə çalışan babası 56 yaşlı İsmayıl Hüseynov ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıblar. Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru tutub.

İsmayıl Hüseynov 2014-cü ildə 4 min rubl (82 manat) mikrokredit götürdüyünü və dərhal onu qaytardığını bildirib. Onun sözlərinə görə, buna baxmayaraq onun borclu qaldığı bildirilib. Faizlər 40 min rubla (820 manat) qalxıb. Hüseynovun sözlərinə görə, bir gün əvvəl ona və ailəsinə təhdidlər olub. Körpənin qohumlarının sözlərinə görə, bu məqsədlə onlar bir neçə dəfə kollektorların təhlükəli təhdidləri haqqında polisə müraciət ediblər.

Tarix
2016.02.13 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla