Yuxarı

Moskva yeni türk dövləti yaradır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Moldovanın Rumıniyaya qatılmasını sakitcə izləməyəcəyik.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Moldovadakı Qaqauziya muxtariyyətinin rəsmi nümayəndəsi İvan Burqudji söyləyib. Onun sözlərinə görə, Moldovanın Rumıniyaya birləşməsində Qaqauziya iştirak etməyəcək:

"Buxarestdə artıq hər iki ölkənin birləşməsinə səbəb olan layihə təqdim edilib. Biz yaxın zamanlarda Moldova rəhbərliyinin bu bəyanatla bağlı öz mövqeyini bildirməsini istəyəcəyik. 2 fevral 2014-cü ildə keçirilən referendum zamanı Qaqauziya əhalisi Moldovanın Rumıniyaya birləşdirilməsinin əleyhinə çıxıb və bu reallaşacağı təqdirdə müstəqil dövlət olacağını bəyan edib".

Qeyd edək ki, bir müddət öncə Rumıniyanın Milli Liberal Partiyası hər iki ölkənin birləşdirilməsi ilə bağlı hökumətə layihə təqdim edib.

Moldova Rumıniyanın tarixi ərazisidir. Bessarabiya torpaqlarını rumınlardan alan Moskva 1940-cı ildə burada Moldova dövlətini yaradıb.

Oğuz türkləri olan qaqauzlar Moldova daxilində muxtariyyətə sahibdirlər. Xristianlığı qəbul etmələri onların türklüklərini itirmələrinə səbəb olmayıb. Qaqauziya həmçinin Moldovanın Avropa Birliyinə inteqrasiya siyasətini qəbul etmir və bunun əvəzində hökumətdən Gömrük İttifaqına üzv olmasını istəyir. Üstəlik, Qaqauziya rəhbərliyi Rusiyanın xarici siyasətini müdafiə etdiyini bəyan edir.

Tarix
2016.02.13 / 22:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla