Yuxarı

Ombudsman Aparatı Daxili Qoşunları yoxladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Aparatın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən müddətli və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının yataqxanalarına, əsgər yeməkxanasına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün yaradılan yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə baxışlar keçirilib, hərbi qulluqçularla görüşlərdə insan hüquqları ilə əlaqədar söhbətlər aparılıb.

Hərbi qulluqçulara yaradılan şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti müsbət qiymətləndirilib.

Tarix
2016.02.15 / 13:45
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla