Yuxarı

Azərbaycanlıdan erməni separatçıya - Etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstan parlamentində milliyyətcə azərbaycanlı olan deputat Azər Süleymanov Cavaxetiya bölgəsində yaşayan, separatçı çıxışları ilə tanınan Vaan Çaxalyanın bir neçə gün əvvəl verdiyi bəyanata münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, A. Süleymanov V.Çaxalyanın bəyanatının türklər və azərbaycanlıların əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, deputatın çıxışı Gürcüstan televiziyası ilə canlı yayımlanıb.

A.Süleymanov bildirib ki, hələ də Xocalı soyqırımına dünya birliyi tərəfindən siyasi qiymət verilməyib. Gürcüstan parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verən deputat qeyd edib ki, 24 il bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Rusiya ordusunun köməyi ilə Xocalı şəhərində yaşayan azərbaycanlıları işgəncə ilə öldürüblər. Onun sözlərinə görə, bu dəhşətli cinayətləri törədənlər hələ də azadlıqdadır.

"Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər əraziləri rus tanklarının və erməni separatçılarının köməyi ilə işğal edilib. Bu işğala oxşar hadisələr Gürcüstanın da başına gəlib. Mən azərbaycanlıyam, Gürcüstan isə vətənimdir. Çaxalyan öz bəyanatında bildirib ki, Gürcüstan hakimiyyəti ölkədə türklərə və azərbaycanlılarına üstünlük verir. Mən bu bəyanatla əlaqədar Gürcüstan prezidentinə, parlament sədrinə müraciət edirəm. Xahiş edirəm ki, Çaxalyanın bu separatçı bəyanatına reaksiya verilsin", - deyə o vurğulayıb.

A.Süleymanov Baço Axalaya, Giqi Uqulava və Vano Merabişvili kimi vətənpərvər şəxslərin hələ də həbsdə saxlanıldığını, lakin separatçı Çaxalyana amnistiya verildiyini vurğulayıb. Deputat Gürcüstanla Azərbaycanın həmişə bir yerdə olduğunu deyərək, ölkələr arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.

Qeyd edək ki, "Vahid Cavaxk" təşkilatının lideri V.Çaxalyan Saakaşvili hakimiyyəti dönəmində həbs olunub. 2013-cü ildə isə əfv edilib.

Tarix
2016.02.17 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla