Yuxarı

Novruzda turların ilginc qiyməti - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz tətili ilə bağlı turların qiymətlərində dəyişiklik olunub.

Axar.az-ın verdiyi xəbərə görə, turizm agentliklərinin çoxu bayram günləri üçün həm ölkə xaricinə, həm də ölkə daxilinə paketlər hazırlayıblar.

Bu turlar 2-6 gün davam edəcək. "E&C Travel" şirkətinin Qax, Şəki, Qəbələ turu nəqliyyat, qalmaq və qidalanma daxil olmaqla 90 manatdır. Quba, Qusar, Şahdağ turu da hər şey daxil olmaqla 85 manatdır. Bu yerlərdə hotellər 4 ulduzludur.

"Turizm.az" Novruz ərəfəsində Ləzə-Şahdağ turu təklif edir. Bir gecə iki günlük turda qonaqlar kənd evlərində qalacaqlar. Hər şey daxil olmaqla turun qiyməti 49 manatdır.

"E&C Travel" 4 günlük İstanbul turu da təklif edir. Hər şey daxil olmaqla Tiflisdən yola çıxsanız, qiymət 211 avro olacaq. Turun tarixləri isə martın 19-dan 22-nə qədərdir. Gəncədən həyata keçirəcəyiniz uçuşla turpaket 209 avroya başa gələcək. Bu turun tarixi isə 19-23 martdır.

"Turizm.az" isə Budapeşt-Vyana-Bratislava turu təklif edir ki, qiyməti 590 avrodur. Uçuş Gürcüstanın Kutaisi şəhərindən gerçəkləşdirilir, qonaqlar Bakıdan Tiflisə avtobusla aparılacaq, bir günlük Tiflis turundan sonra Kutaisiyə yola düşəcək, gecəni orda keçirən günün sabahı təyyarə ilə Budapeştə yola düşəcəklər. Qiymətə günorta və axşam yeməklərindən başqa hər şey daxildir.

Novruz tətili vaxtı Polşa-Çexiya-Almaniya-Gürcüstan qrup turu da var. Bu səyahətin qiyməti də 590 avrodur. Bu 8 günlük tur da Kutaisidən birbaşa reyslə Varşavaya uçmaq şərti ilə həyata keçirilir.

Tarix
2016.02.17 / 21:06
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla