Yuxarı

Xaçmazda yol terroru: 2 ölü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında Gəndov-Yalama yolunun 31-ci km-də, magistralın Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, 1988-ci il təvəllüdlü Xudat şəhər sakini Nüsrətov Ruslan Xanəhməd oğlunun idarə etdiyi 10 GD 313 dövlət nömrə nişanlı KİA markalı avtomobil qarşıdan gələn 1985-ci il təvəllüdlü Xaçmaz rayonunun Şərif-oba kənd sakini Zeynalov Şıxbala İslam oğlunun idarə etdiyi 27 BF 054 nömrə nişanlı VAZ 2106 markalı nəqliyyat vasitəsilə toqquşub.

Toqquşmadan sonra idarəetmədən çıxan VAZ 2106 markalı avtomobil qarşı zolaqda hərəkət edən 1992-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şükürov Rövşən Şahbala oğlunun idarə etdiyi 27 BN 917 dövlət nömrə nişanlı VAZ 21093 markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə VAZ 2106 maşınının sürücü Şıxbala Zeynalov və sərnişini 1989-cu il təvəllüdlü Xaçmaz rayon sakini Cavadov Elvin Elsevər oğlu dünyasını dəyişib. Hadisə zamanı Xaçmaz rayon sakinləri 1988-ci il təvəllüdlü Orucov Vüsal Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Nüsrətov Ruslan Xanəhməd oğlu, 1993-cü il təvəllüdlü Zamanov Nadir Allahverdi oğlu, 1992-ci il təvəllüdlü Əhədov Rəhman Azad oğlu və 1992-ci il təvəllüdlü Əsgərov Ehtiram Etibar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2016.02.18 / 01:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla