Yuxarı

“Bakı nə Səudiyyənin ittifaqına qoşular, nə də...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya məsələsində Amerikanın mövqeyini aydın başa düşmək olmursa, Azərbaycan özünə niyə əlavə problem yaratmalıdır?!

Bu fikirləri Axar.az-a politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri hesab edir ki, rəsmi Bakı Suriya müharibəsində heç bir dövlətin yanında olmayacaq:

"Çünki Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Rəsmi Bakı hər hansı blok və ya hərbi ittifaqa daxil ola bilməz. Balanslaşdırılan siyasi kurs diktə edir ki, Azərbaycan müstəqil xarici siyasətini davam etdirsin".

Ekspertin fikrincə, Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə strateji tərəfdaşdır: "Əgər çətin məqam olsa, Bakı Ankaranın mövqeyindən çıxış edə bilər. Ancaq Azərbaycan ilk növbədə öz dövlət maraqlarını güdməlidir.

Bu maraqlara görə nə Səudiyyənin təşkil etdiyi islam ittifaqına qoşula, nə də Rusiyanın Suriyada apardığı əməliyyatlara birmənalı haqq qazandıra bilərik".

Siyasi şərhçinin ehtimalına görə, Türkiyə Prezidenti Tayyib Ərdoğan Bakı səfərində Azərbaycanın mövqeyini başa düşəcək.

Qeyd edək ki, fevralın 18-də Türkiyə və Azərbaycan prezidentlərinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında görüşü gözlənilirdi. Amma ötən gecə Ankarada baş verən terakt səbəbindən Ərdoğanın Bakı səfəri təxirə salındı.

Tarix
2016.02.18 / 09:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla